EN

HƏMAS təsdiqlədi - İsrail ilə danışıqlar...

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, HƏMAS təşkilatı Qəzza ilə bağlı İsraillə danışıqların final mərhələsində olduğunu təsdiqləyib.

Təşkilatın rəhbərliyi atəşkəs əldə edilməsi və əsir mübadiləsi ilə bağlı danışıqların davam etdirilməsini zəruri hesab edir.

HƏMAS-ın rəsmi "Teleqram" kanalında dərc edilən açıqlamada deyilir: "Hazırda Qətərin paytaxtı Doha şəhərində keçirilən atəşkəs danışıqları birmək üzrədir və razılaşma əldə edilməsinə yaxınlaşırıq.

Hərəkatın rəhbərliyi atəşkəs və əsir mübadiləsi danışıqlarının davam etdirilməsini zəruri hesab edir. Bu danışıqlar artıq final mərhələsindədir. Danışıqların hərtərəfli və dəqiq razılaşma imzalanması ilə yekunlaşacağına ümid edirik.

Qətərin paytaxtındakı məşvərətlərin gedişindən razıyıq və müəyyən irəliləyiş əldə edildiyini hesab edirik". 

Bundan əvvəl Qətər XİN də bənzər açıqlama ilə çıxış edib.

"Röyter" agentliyinin 13 yanvar tarixli məlumatına görə, Dohadakı danışıqlarda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək xüsusi təmsilçisi Stiven Viltkoff, Ağ Evin Milli Təhlükəsizlik Şurasının  Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk, həmçinin İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri Devid Barnea və İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar iştirak edirlər.

"Al Hadath" telekanalının məlumatına görə, razılaşma əldə edildiyi təqdirdə Qəzzada atəşkəs yanvarın 22-dən əvvəl qüvvəyə minməyəcək. 

Hürr Tərcüman 

 

Chosen
7
hurriyyet.az

1Sources