Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla münasibətlərin perspektivlərini dəyərləndirib.
Vətəninfo.az xəbər verir ki, Lavrov bir çox məsələlərdə, o cümlədən Aktau səmasında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının araşdırılması ilə bağlı ölkələr arasında çox sıx təmasın olduğunu vurğulayıb.
“Münasibət sıx və etibarlıdır. 2025-ci ildə onların daha da fəal inkişaf edəcəyini gözləyirik”, – deyə nazir yekunlaşdırıb.