EN

“Dünya sisteminin dəyişməsiylə İsrailə daha çox təzyiq göstəriləcək”, N.Kurtulmuş

 

İstanbulda təşkil olunan “Bab-ı Ali Toplantıları” çərçivəsində keçirilən "Yeni qlobal sistem axtarışı və Türkiyənin rolu" mövzulu proqramda çıxış edən Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Numan Kurtulmuş işğalçı və sionist İsrail rejiminin beynəlxalq arenada hesab verəcəyini vurğulayıb. O, Qəzzadakı insanlıq dramına diqqət çəkərək dünyanın bir çox yerində keçirilən etiraz aksiyalarını xatırladıb və bunları deyib: "İnsanların keçirdiyi hər nümayiş və “Fələstin üçün azadlıq” şüarları beynəlxalq ədalət məhkəmələrinə və Beynəlxalq Cinayət Məhkəməsinə təsir etdi. Toxunulmaz hesab edilən İsrailə toxunuldu. Əminliklə deyirəm ki, Netanyahu və dəstəsinin bu günləri onların ən yaxşı günləridir. Gələcək dövrdə dünya sisteminin dəyişməsiylə İsrailə daha çox təzyiq göstəriləcək. Onlar bir çox beynəlxalq platformada etdikləri qətliamların hesabını verəcəklər və bu əməlləri yanlarına qalmayacaq. Bu, təkcə bir hökumətə qarşı deyil, həm də çökmüş, ayaqlar altına sərilmiş olan beynəlxalq sistemin yenidən dirilməsi üçün əhəmiyyətli bir addımdır." 

Dünyada daha da kəskinləşən ziddiyyət və qarşıdurma dövrünün yaşanacağını bildirən Kurtulmuş "Bir tərəfdə ədaləti müdafiə edənlər, digər tərəfdə isə zülmü müdafiə edənlər arasında mübarizə olacaq. Bəşəriyyət bu məsələdə ədaləti müdafiə edənlərin bir araya gələcəyinin çox konkret bir nümunəsini yaratdı. Fələstinin harada olduğunu belə bilməyən insanların bu davanı müdafiə etmələri yalnız yüksək ədalət hissi ilə izah edilə bilər" ifadələrini işlədib.



Chosen
11
trt.net.tr

1Sources