EN

Yeni Azərbaycan Partiyası ölkəmizə yeni nailiyyətlər qazandıracaq!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabunçu rayonu, Bakıxanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Sabunçu rayon təşkilatı sədrinin müavini Zülfüqar Cəfərov bələdiyyə seçkilərinin əhəmiyyətini diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının zəngin seçki təcrübəsinə malik olduğunu, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verdiyini bildirib. “Yeni Azərbaycan Partiyası ölkəmizə yeni nailiyyətlər qazandıracaq”, - deyə vurğulanıb.

Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Oruc Əhmədov, Ata Babayev, bələdiyyə üzvlüyünə namizədlər Ruhin Orucov və İnsaf Qəmbərov YAP-ın seçki platforması haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, sosial infrastrukturun bərpası və yenidən qurulmasında yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi, əhalinin layiqli məşğulluğuna, hər kəsin ixtisas, bilik və bacarığına uyğun işlə təmin olunmasına dəstək verilməsi, müxtəlif sahələri əhatə edən layihələrin icrasında yerli sakinlərin iştirakçılığının artırılması və digər hədəflər partiyanın seçki proqramında öz əksini tapıb.

Seçicilər Ziba Məmmədova, Gülşən Məsiyeva və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

1Sources