EN

İsrail ordusu Dəməşqə doğru irəliləyir– Təl Əvivin Suriya ilə bağlı planları ortaya çıxdı...

Image

İsrail 61 illik Əsəd rejiminin devrilməsindən sonra Suriya ərazisində tutduğu əraziləri genişləndirir. Xarici media yazır ki, Suriyada paytaxt Dəməşqin 20 kilometrliyinə qədər irəliləyən qüvvələri Mezze Hərbi Hava Limanı yaxınlığındakı Beddua bölgəsinə çatıb.

Məlumatlara görə, İsrail rəsmiləri İsrail Suriyada yeni rejimə qarşı sərhəd təhlükəsizliyini əsas gətirərək, Suriya ərazisində nəzarət zonaları yaratmağı planlaşdırır.

İsrail Qolan təpələri ətrafında 15 kilometrlik “raketsiz zona” yaratmağı və Suriyanın 60 kilometr dərinliyinə qədər uzanan “təsir zonası” yaratmağı hədəfləyir. Planlar arasında Dəməşqə qədər uzanan və 60 kilometr dərinliyə qədər genişləndiriləcək kəşfiyyat nəzarəti zonasının yaradılması da yer alır.

TAHİR





Chosen
8
baki-xeber.com

1Sources