EN

Bakının tələb etdiyi "konstitusiya dəyişikliyi": "Hraparak" naziri "düşmən" çıxartdı

Xatırladırıq ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanla sülh sazişinin əsas şərti ölkəsinə qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasının dəyişdirilməsidir: “Ermənistanla Azərbaycan arasında sülh sazişi olmazsa, heç bir ölkə regiondakı fəallıq səviyyəsini müəyyə edə bilməz.


İşğal dövründə bəzi dövlətlər Ermənistanın istilası ilə bağlı səssiz qaldı və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədi. İndi biz işğalçı Ermənistan ordusunu döyüş meydanında məğlub edib torpaqlarımızdan qovduqdan sonra bu dövlətlərdən bizim ərazi bütövlüyümüzü dəstəklədikləri barədə bəyanatlar eşidirik. Artıq kiminsə ərazi bütövlüyümüzü tanıyıb-tanımamasının bizim üçün əhəmiyyəti yoxdur. Bu bəyanatlar torpaqlarımız işğal altında olanda vacib idi.
Hal-hazırda Ermənistanla sülh prosesi vaxt aparacaq. Sülh sazişinin əsas şərti Ermənistan konstitusiyasına dəyişiklik edilməsidir. Çünki orada Azərbaycana qarşı ərazi iddiaları var və sülh sazişi konstitusiya dəyişikliyi olmadan imzalana bilməz. Əsas prinsiplər üzərində isə indidən razılaşmaq və saziş mətni üzərində işləmək mümkündür”.
Hətta Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman da açıqlamarında Azərbaycan Prezidentinin Ermənistanın öz konstitusiyasına dəyişikliklər etməli olması ilə bağlı mövqeyini düzgün və ədalətli hesab etmişdir. Ümumiyyətlə bu dəyişikliyin olması region ölkələrində də müsbət qarşılanır.
Təssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ilin əvvəlində elan etdiyi Konstitusiya islahatı ölkədə şiddətli müqavimətlə üzləşir. Hətta erməni mediası yazdı ki, Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyanın bu yaxınlarda istefaya getməsinə, özünün dediyi kimi, ölkənin Müstəqillik Bəyannaməsi ilə bağlı olan Konstitusiyaya təklif edilən dəyişikliklərlə razılaşmaması səbəb olub.
Ümumiyyətlə Ermənistanda bu mövzuda gərginlik hələ də var. Hətta dəyişiklik haqqında danışan dövlət rəsmisini düşmən adlandırmaq erməni toplumu üçün adi bir işdir.

Adalet.az xəbər verir ki, Ermənistanın ədliyyə naziri Sirbuhi Qalyan bu gün mətbuat konfransında dediyi sözlərə görə, “Hraparak” nəşri az qala onu “düşmən” çıxarıb.
Nəşr yazıb: "Azərbaycan Prezidenti İlham Əliyev də Qarabağa qarşı iddiaları nəhayət rədd etmək məqsədi ilə Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələblər və təhdidlər səsləndirdi. Ekspertlər və müxalif siyasətçilər hesab edirlər ki, Ermənistan hakimiyyəti Ermənistan Konstitusiyasına dəyişiklik etməklə Əliyevin növbəti tələbini yerinə yetirir".


Qeyd edək ki, hüquq elmləri namizədi, dosent Anahit Manasyanın “Konstitusiyanın mətni ayrı-ayrı siyasi qüvvələrin maraqları və üstünlükləri əsasında dəyişdirilə bilməz” çağrısından sonra Ermənistanda gərginlik daha da artıb.

 Əntiqə Rəşid 

Chosen
10
adalet.az

1Sources