EN

"Makron Afrikalıları insan yerinə qoymur"

Burkina Faso hökumətinin Prezidenti İbrahim Traore Fransa Prezidenti Emmanuel Makronun nankorluq ittihamına sərt reaksiya verib.
 
AZXEBER.COM xəbər verir ki, prezident bu barədə Turkiyegazetesi-nin mənbələrinə açıqlama verərkən deyib:
 
Traore Makronla bağlı sərt açıqlamasında bildirib:
 
\"Makron afrikalılara insan kimi yanaşmır. Biz mentalitetlərimizi müstəmləkə edən bu zehniyyətdən qurtulmalıyıq\".
 
Fransa Prezidenti bunun üzərinə Parisdə keçirilən illik səfirlər konfransında verdiyi açıqlamada Afrikadakı strateji maraqlarını yenidən təşkil etdiyini və bölgədən çəkilməli olduğu fikrini rədd etdiyini bildirib.

Makron açıqlamalarını daha da irəli apararaq \"Əgər Fransa ordusu bölgəyə yerləşdirilməsəydi, bu gün onların heç biri suveren ölkə olmazdı\".
 
O, həmçinin bəyan edib ki, Afrika liderləri ictimaiyyət qarşısında bu fikri müdafiə etməyə cəsarət etmirlər.
  
Fransanın Afrikadan əldə etdiyi qaynaqlarla tarixən sağ qaldığını xatırladan Traore \"Fransa bu gün də ayaqdadırsa, afrikalıların sayəsindədir\" - deyib.

Digər tərəfdən, Fransada keçirilən son sorğuların nəticələri göstərir ki, Makronun təsdiq nisbəti son 6 ildə ən aşağı səviyyəyə düşüb.
 
Makronun Afrika siyasəti ilə bağlı tənqidləri Fransanın beynəlxalq aləmdəki mövqeyini şübhə altında saxlayır.
 
Seneqaldakı Fransa bazasının bağlanma qərarının tamamilə Seneqal hökuməti tərəfindən verildiyini bildirən Sonko \"Alınan qərarla Seneqal müstəqil və suveren bir ölkə olaraq iradəsini nümayiş etdirdi. Bu mövzuda heç bir danışıqlar aparılmadı\" - deyərək məsələyə münasibət bildirib..
  
Son hadisələrə görə, Fransanın Afrikadakı hərbi varlığı getdikcə azalır. Fil Dişi Sahili prezidenti Alassane Ouattara ölkədəki Fransa bazasının yanvar ayında Fil Dişi Sahili ordusuna veriləcəyini açıqlayıb. Bundan əvvəl Çad, Seneqal, Mali, Niger və Burkina Faso da fransız əsgərlərinin öz ölkələrindən çıxarılmasını tələb etmişdi. Seneqal prezidenti Bassirou Diomaye Faye bu il ölkədəki 350 fransız əsgərinin Seneqalı tərk edəcəyini açıqlayıb.

Fransa qitədəki hərbi mövcudluğunu yalnız Cibuti (1500 əsgər) və Qabonda (350 əsgər) saxlayacaq. Fransa müstəmləkə dövründən bəri qoşun saxladığı Afrika ölkələrinin 70 faizini tərk etməli oldu.

Mikayıl
Chosen
9
azxeber.com

1Sources