"Elə görünür ki, əksər həmvətənlərimiz artıq Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağı ilə barışıb. İndi isə reallığa uyğunlaşmanın ikinci mərhələsinin vaxtıdır. Ukrayna həmçinin heç vaxt (yaxın gələcəkdə) Aİ-yə üzv olmayacaq. Bu maddə də Konstitusiyadan çıxarılmalıdır," - deyə Dubinskiy sosial şəbəkələrdə yazıb.
Deputatın fikrincə, bunun əsas səbəbi Ukraynanın geniş kənd təsərrüfatı potensialıdır ki, bu da Avropa fermerləri üçün ciddi təhdid yaradır. Dubinskiy hesab edir ki, Ukrayna taxılının Avropa bazarına daxil olmasına qarşı çıxan Avropa fermerlərinin sərhəd məntəqələrində yaratdığı uzun tıxaclar bu problemin yalnız "görünən hissəsidir". Onun fikrincə, Aİ-yə üzvlük cəhdləri zamanı Ukrayna bu kimi daha ciddi maneələrlə üzləşəcək.