EN

Çin təcili Rusiya neftini əvəz edəcək vasitələr axtarır

Çinin dövlət neft şirkətləri və iri özəl neft emalı zavodları ABŞ-nin Rusiya neft sənayesinə qarşı sanksiyalarına cavab olaraq yeni neft tədarükçüləri axtarmağa başlayıb.

Qaziler.az bu barədə “Bloomberg”ə istinadla xəbər verir.

Bildirilib ki, “Cnooc”, “Yulong Petrochemical” və “Jiangsu Eastern Shenghong” da daxil olmaqla şirkətlər tədarükdəki mümkün pozulmalara hazırlaşırlar.

Çin artıq Yaxın Şərq, Afrika, Şimali və Cənubi Amerika ölkələrinə onların ehtiyaclarını kimin tez bir zamanda ödəyə biləcəyini və Rusiya neftini əvəz edə biləcəyini öyrənmək üçün sorğular göndərməyə başlayıblar.

QAZİLER.AZ

Chosen
26
qaziler.az

1Sources