EN

Azərbaycanlı qadından şok sözlər: “Bizi ağaca bağlayıb zorlayaraq videoya çəkirdilər”

2014-2024-cü illər ərzində Rusiyanın paytaxtı Moskva şəhərində çoxsaylı azərbaycanlı qadınları müxtəlif yollarla, eləcə də zorakılıqla fahişəliyə cəlb etmiş 1979-cu il təvəllüdlü Mətanət Məmmədova həbs edilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1- ci (İnsan alveri) maddələri ilə açılmış işin ibtidai istintaqı başa çatıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi üzrə 10 nəfərdən çox qadın zərərçəkmiş şəxs qismində tanınıb. Onların bir çoxu Mətanətin həbs edilməsini eşitdikdən sonra polisə müraciət edərək şikayətçi olublar.
Araşdırmalar zamanı məlum olub ki, Mətanət Məmmədova Moskvada yaşayan azərbaycanlılar, həmçinin Moskva bazarlarında çalışan miqrantlar arasında “Maşa” ləqəbi ilə tanınıb. O, bir neçə restorana nəzarət edib və azərbaycanlı qadınları orada fahişəliyə cəlb edib.

“Fuçit” və” Xlebnikov” bazarlarına gedib nömrə paylayan Mətanət bu işə bir neçə tanışını da cəlb edib. O, tələblərini yüerinə yetirməyən azərbaycanlı qadınlara qarşı həmin şəxslər vasitəsilə zorakılıqlar etdirib, videolarını çəkərək şantaj edib.
Zərərçəkmiş şəxs qismində tanınan qızlardan biri deyib ki, Mətanətin dediklərini etmədiyinə görə onun dəstəsi tərəfindən dəhşətli işgəncəyə məruz qalıb:

“Bakıda Aidə adlı xanımla tanış olmuşdum. O, mənə Rusiyada restoranda ofisiant işi olduğunu demişdi və Mətanətlə tanış etdi. Moskvaya gedəndə məni hava limanında Vüsal adlı sürücü qarşıladı, o, Mətanətin yanında işləyirdi. Orada işimin ofisiant yox, kişilərlə görüşmək olduğunu öyrəndim. Mətanət pasportumu qeydiyyat üçün götürdü, bilet pulu və digər xərclərin pulunu işləyərək qaytarmağımı dedi. Görüş pulu 2500-3000 rubl idi. Hər görüşdə xəbərim olmadan şəkillərim çəkilirmiş. Pulu Mətanət özü alırdı, sonra bir hissəsini mənə verirdi. 3 ay orda qalandan sonra Gəncəyə qayıtdım. Qayıdanda Mətanət dedi ki, əlində mənim şəkillərim var, qayıtmasam məni biabır edəcək. Məcbur olub Rusiyaya qayıtdım. Lakin işləmək istəmirdim. 1 həftə sonra Azərbaycana qayıdacağımı dediyim üçün Maşa xanımın göndərdiyi və tanımadığım 4 nəfər oğlan məni və Nərmin adlı qızı meşəyə qaçırdılar. Oğlanların bizi qaçırmasını Maşa tapşırmışdı. Biz binanın qabağında taksidən düşəndə 4 nəfər oğlan bizi maşına salıb meşəyə apardılar. Bir oğlanın adı Edo idi, qalanların adlarını bilmirəm, hava çox soyuq idi. Bizi 1 sutka meşədə açıq havada saxladılar. Telefonumuzu əlimizdən almışdılar. Ağaca bağlayaraq bizi zorlayırdılar, döyürdülər. Oğlanlardan biri azərbaycanlı, üçü isə dağıstanlı idiş. Biri təcavüz edəndə digərləri də videoya çəkirdilər. 2 gün meşədə qaldığımıza görə xəstələndik, 1 ay xəstə yatdım. 3 dəfə Rusiyaya qayıtmağa məcbur oldum. 6 dekabr 2019-cu ildə Azərbaycana gəldim. Anam komada idi və 14 dekabr 2019-cu ildə ana rəhmətə getdi. Sonra Maşa nə qədər zəng etsə və məni şantaj etsə də Moskvaya getmədim”.

Digər qadınlar da Maanın zorakılıqları barədə ifadə veriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Mətanət Məmmədova 2 il müddətinə azadlıqdan mhərumetmə cəzasına məhkum edilib.


Müəllif: Taleh
Chosen
13
1
teleqraf.com

2Sources