EN

Üyüdülmüş qəhvənin tərkibində tarakan hissəcikləri TAPILDI – FOTO

Üyüdülmüş qəhvənin tərkibində tarakan hissəcikləri aşkarlanıb. 

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilir ki, üyüdülmüş qəhvənin tərkibində tarakan hissəcikləri tapılıb. Qablaşdırmanın 10%-ə qədərində həşərat ola bilər.

Həşərat hissəciklərinin paxla yığımı və emal mərhələlərində qəhvə paketlərinə düşdüyü bildirilir.

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti qeyd edir ki, tarakan sağlam insanlar üçün təhlükəli deyil. Lakin tropomiyozin proteini qabıqlara allergiyası olan insanlarda mənfi reaksiyaya səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
28
interpress.az

1Sources