EN

17 yaşlı məktəbli qız arıqlamaq üçün 250 həb İÇDİ – Ağır vəziyyətdə xəstəxanaya YERLƏŞDİRİLDİ

Məktəbli qız arıqlamaq üçün 250 həb içib və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, orta məktəb şagirdi “arıqlamaq” üçün 250-yə yaxın işlətmə həbi içib, lakin sonda ölüm həddinə çatıb.

Sankt-Peterburqdan olan 17 yaşlı məktəbli işlətmə və sidikqovucu dərmanların köməyi ilə arıqlamağa çalışıb. Bunun üçün o, qeyri-adi üsul icad edib. İlin əvvəlindən o, hər gün beş müxtəlif dərmandan ibarət 20 həb qəbul edib.

Arıqlamağın bu üsulu onun üçün ciddi zəhərlənmə ilə nəticələnib. Qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
14
interpress.az

1Sources