EN

"Mənə qəsdən oyun qurdular... Olmasın "German", olsun başqa klinika" - İşdən çıxarılan ginekoloq


Əməliyyat zamanı iş yoldaşları tərəfindən sürprizlə qarşılaşan “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva işdən azad edilib.

"Medicina" xəbər verir ki,həkimbakuplus.az-a bildirib ki, başına gələnlər sifarişli idi.


"18 illik fəaliyyətimdə heç bir pasiyent məndən şikayət etməyib. Bütün Azərbaycan qarşısında alnım açıq, üzüm ağdır. Bu vaxta qədər mənimlə bağlı şikayət və ya mənfi rəy olmayıb. Heç bir xəstə və işçi ilə problem yaşamamışam.

Həmin videoda gördükləriniz sifarişlə hazırlanan oyun idi. Allaha həvalə edirəm. Videodan da aydındır ki, mənim xəbərim olmayıb. Bütün xəstəxana bilir ki, mən xəbərsiz idim. Mənim bloger olduğumu bilirlər. Bilirdilər ki, bunu səhifəmdə paylaşacam. Qəsdən etdilər.


Hər şey yaxşıdır, narahat olmayın. Olmayacaq “German hospital”, olacaq başqa bir klinika".

MEDİCİNA.AZ




Chosen
2
3
medicina.az

10Sources