EN

Bu, şirkətə 400 milyard dollara başa gəldi: Bill Qeyts ən böyük səhvindən danışdı

Microsoft təsisçisi əmindir ki, mobil cihazlar üçün iOS-a alternativi Google deyil, məhz onlar yaratmalı idi.

QHT.az xəbər verir ki, Microsoft-un təsisçisi Bill Geyts, mobil əməliyyat sistemləri bazarında buraxdığı fürsəti "ən böyük səhvlərdən biri" adlandırıb. O, Android-i iOS-a alternativ olaraq Google-un deyil, Microsoft-un yaratmalı olduğunu bildirib. Microsoft 2000-ci ildən Windows Mobile platformasını inkişaf etdirirdi, lakin strateji səhvlər səbəbindən bazar liderliyi Google-un Android-ə keçdi. 2010-cu ildə təqdim edilən Windows Phone 7 bazar payı baxımından uğursuz oldu və mobil bazarın 99.9%-i Android və iOS-un nəzarətində qaldı.

Geytsin fikrincə, bu səhvin Microsoft-a dəyəri 400 milyard dollar təşkil edib. Android-in həmtəsisçisi Rich Miner isə Android-in yaradılmasının əsas səbəbinin Microsoft-un bazarı monopoliyaya almasının qarşısını almaq olduğunu bildirib.

 

R.İmanov

Chosen
19
qht.az

1Sources