EN

Xankəndi Şəhər Prokurorluğunun qadın müstəntiqi: "Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm"

"Xankəndi Şəhər Prokurorluğunda ilk qadın müstəntiq olaraq təyinatım mənim üçün böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi bir an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm".
 
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi Şəhər Prokurorluğuna müstəntiq təyin olunan Nəzrin Rəcəbova söyləyib.
 
"Təyinatım obyektiv və şəffaf şəkildə keçirilmiş müsabiqə nəticəsində gerçəkləşib. Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq", - deyə N.Rəcəbova vurğulayıb.
 
Qeyd edək ki, N.Rəcəbova Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
 
Xatırladaq ki, ötən il 19 xanım əməkdaş prokurorluq orqanlarında işə qəbul olunub.
 
Chosen
6
9
moderator.az

10Sources