Bakı,14 yanvar, AZƏRTAC
Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun 50 milyon manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, istiqrazlar 1000 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.
İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının emissiya prospekti Mərkəzi Bankı tərəfindən yanvarın 7-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 milyon manat, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə keçirilib.