EN

Ərəstun Oruclu: Azərbaycanda rus dilində təhsil bağlanmalıdır...

Rusiyada uşaqları rus dilini bilməyən miqrantların övladları oxumaq hüququndan məhrum edilir...

Siyasi-şərhçi: “Rusiya öz keçmiş əyaləti olan bu günkü müstəqil dövlətlərə bu gün də imperiya siyasəti nöqteyi-nəzərindən yanaşır. Rusiya bu ölkələrdə rus dilinin geniş yayılmasını sırf siyasi təsir vasitə kimi görür”.

“Bu gün Rusiya miqrantlara qarşı qaydaları sərtləşdirməklə onun orbitindən çıxmağa çalışan postsovet ölkələrinə təzyiq göstərir. Yəni Rusiya insan amilindən təzyiq vasitəsi kimi istifadə edir”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiyanın miqrantlarla bağlı qəbul etdiyi qərarı Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Rusiyada uşaqları rus dilini bilməyən miqrantların övladları oxumaq hüququndan məhrum edilir, miqrantların özü isə buna görə ölkədən çıxarılırlar. MDB ölkələrinə aid xalqların Rusiyada ana dilində məktəb açmaları isə hardasa imkansızdır. Buna baxmayaraq, Rusiya höküməti və şəxsən prezident Putin MDB ölkələrində rus məktəblərinin sayının artırılması ilə bağlı bu ölkələrin hökümətlərinə təzyiqlər edir.

Bu durumu necə dəyərləndirmək olar? Rusiyada miqrant uşaqlarının öz ana dillərində təhsil almaqdan məhrum edilmələrini doğru yanaşma hesab etmək olarmı?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Azərbaycanın rus əsilli vətəndaşları üçün rus məktəbləri pulsuz, qeyri-rus vətəndaşlar üçün birmənalı şəkildə pullu olmalıdır. Mən vəziyyətdən çıxış yolunu bunda görürəm”.

Bu qərarın Rusiya siyasətinin əxlaqının, mənəviyyatının hansı səviyyədə olduğunun göstəricisi olduğunu vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Moskvanın bu addımlarına qarşı adekvat addımlar atılmalıdır:

Rusiya öz keçmiş əyaləti olan bu günkü müstəqil dövlətlərə bu gün də imperiya siyasəti nöqteyi-nəzərindən yanaşır. Rusiya bu ölkələrdə rus dilinin geniş yayılmasını sırf siyasi təsir vasitə kimi görür. Çünki rus dilində təhsil alanların arasında Rusiyaya loyallıq daha yüksək olur. Çünki onlar faktiki olaraq ana dili kimi rus dilində təhsil alırlar.

Rusiyanın özündə isə nəyinki miqrant uşaqları üçün hətta, Rusiyanın yerli xalqlarının dilində təhsil belə getdikcə məhdudlaşdırılır. Bunun səbəbi ilk növbədə MDB ölkələri deyilən postsovet ölkələrinin rəhbərlərinin yalnış siyasətindədir. Məsələn, Azərbaycanda qürurla deyiləndəki ölkədə 340-350 rus məktəbi var və az qala bütün valideynlər də övladları məktəbə gedəndə rus sektoruna göndərməyə çalışırlar, bu faktiki olaraq Rusiya imperalist siyasətinin əlinə oynamaqdır.

Azərbaycanda rus dilində təhsil bağlanmalıdır və rus məktəbləri yalnız pullu olmalıdır. Azərbaycanın rus əsilli vətəndaşları üçün rus məktəbləri pulsuz, qeyri-rus vətəndaşlar üçün birmənalı şəkildə pullu olmalıdır. Mən vəziyyətdən çıxış yolunu bunda görürəm.

Ərəstun Oruclu: “Azərbaycanda rus dilində təhsil verən məktəblərin mütləq əksəriyyəti bağlanmalıdır və dediyim kimi, yalnız rus əsilli Azərbaycan vətəndaşlarının rus dilində təhsili dövlət tərəfindən maliyyələləşdirilməlidir, qalan kimlərsə, uşaqlarına rus dilində təhsil vermək istəyirsə, o pullu olmalıdır”.

Bu gün Rusiya miqrantlara qarşı qaydaları sərtləşdirməklə onun orbitindən çıxmağa çalışan postsovet ölkələrinə təzyiq göstərir. Yəni Rusiya insan amilindən təzyiq vasitəsi kimi istifadə edir. Bu da Rusiya siyasətinin əxlaqının, mənəviyyatının hansı səviyyədə olduğunun göstəricisidir. Buna görə də, adekvat addımlar atılmalıdır. Azərbaycanda rus dilində təhsil verən məktəblərin mütləq əksəriyyəti bağlanmalıdır və dediyim kimi, yalnız rus əsilli Azərbaycan vətəndaşlarının rus dilində təhsili dövlət tərəfindən maliyyələləşdirilməlidir, qalan kimlərsə, uşaqlarına rus dilində təhsil vermək istəyirsə, o pullu olmalıdır. Bunun yeganə çıxış yolu budur.

Azərbaycanda tədris, təhsil Azərbaycan dilində olmalıdır. Çünki dövlətin dili budur. Çox təəssüf ki, Azərbaycanda dövlət rəhbərliyi səviyyəsində, ailəsi səviyyəsində rus dilinə xüsusi qayğı göstərilir. Hətta, bunula qürur duyurlar. Halbuki, burada qürur duyulası bir şey yoxdur. Bu özünə hörmət edən istənilən xalq üçün utanc mənbəyidir. Mən belə görürəm”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
6
poliqon.info

1Sources