EN

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı qəsəbəsində 1500 yerlik həbsxananın tikintisinin davamı işlərinin satın alınması ilə bağlı keçirtdiyi tender ləğv olunub.

Valyuta.az xəbər verir ki, tenderin ləğvinin səbəbləri barədə açıq mənbələrdə məlumat yoxdur.

Müsabiqə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı ilə ləğv edilib. Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 6 171 418,06 manat müəyyən edilmişdi.

Hüseyn

Chosen
13
valyuta.az

1Sources