EN

"Biznesin dövlət qeydiyyatında islahatlar 2025-ci ildə də davam edəcək" – Eyyub Kərimli

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli, 2024-cü ildə başlayan biznesin dövlət qeydiyyatındakı yeniliklərin 2025-ci ildə də davam edəcəyini bildirib. Yeni dəyişikliklərdən ən önəmlisi, yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının eyniləşdirilməsi və təsis sənədlərində edilən dəyişikliklərin elektron qaydada qeydiyyata alınması imkanıdır.

QHT.az xəbər verir ki, bu islahatlar, Azərbaycanda biznesin qeydiyyatı prosesini beynəlxalq təcrübəyə uyğun inkişaf etdirir və ölkəmizin biznes mühitini daha cəlbedici edir. 2024-cü ildə tətbiq olunan bu dəyişikliklər, kommersiya qurumlarının qeydiyyatını sadələşdirir və vaxt itkisini azaldır.

QHT sədrinin fikrincə, 2025-ci ildə kommersiya qurumlarının benefisiar mülkiyyətçiləri barədə məlumatların qeydiyyata alınması ilə bağlı əlavə tədbirlər görüləcək, bu da ölkəmizin biznes qeydiyyatı sahəsindəki mövqeyini daha da gücləndirəcək.

 

Pərvanə Fərhadqızı

Chosen
3
qht.az

1Sources