Ukrayna ilə bağlı danışıqlar digər Qərb ölkələrinin iştirakı olmadan Rusiya və ABŞ arasında aparılmalıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
“Tramp amilini nəzərə alaraq gələcək inkişafın konkret perspektivlərindən danışsaq, onun bəyanatlarına hörmətlə yanaşırıq. Hesab edirəm ki, Ukrayna ilə bağlı danışıqlar digər Qərb ölkələrinin iştirakı olmadan Rusiya və ABŞ arasında aparılmalıdır. London və ya Brüssellə danışacaq heç nə yoxdur”, - Patruşev bildirib.