“Liverpul”un sabiq üzvü Loris Kariusun yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı qolkiper “Şalke” ilə anlaşıb. II Bundesliqa təmsilçisi ilə mövsüm sonuna qədər müqavilə nəzərdə tutulub.
Qeyd edək ki, Loris Kariusun son klubu “Nyukasl” olub. Təcrübəli “əlcək sahibi” 2023/2024 mövsümünün sonunda Premyer Liqa təmsilçisindən ayrılmışdı.