EN

Naxçıvanda vergi daxilolmaları 37,6 faiz artıb

Naxçıvanda

2024-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 226,6 milyon manatdan çox vergi daxil olub ki, bu da 2023-cü ilə nisbətən 37,6 faiz və ya 61,9 milyon manat çoxdur.

1news.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən il Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 130,2 faiz icra edilib.

Chosen
10
8
1news.az

8Sources