İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov, QHT.az-a verdiyi açıqlamada, zərər çəkmiş insanlara qarşı psixoloji dəstəyin vacibliyini vurğulayıb. O, qeyd edib ki, insan alverinə məruz qalan şəxslər ən çox psixoloji sarsıntı keçirir və bu, onların cəmiyyətə geri dönüşünü çətinləşdirir:
"Qurbana çevrilmiş insanın cəmiyyətdə öz yerini tapması çətindir, çünki aldıqları zərbənin təsiri onları daim təqib edir. Bu baxımdan psixoloji yardım vacibdir və dövlətlə yanaşı, vətəndaş cəmiyyəti də bu məsələdə fəal olmalıdır."
Anar Xəlilov həmçinin, sosial dəstək sahəsində məşğulluq məsələsinin önəmini vurğulayıb. O, müvafiq dövlət qurumlarının bu istiqamətdəki səylərini artırmalarının vacib olduğunu bildirib:
"Məşğulluq probleminin həlli ilk növbədə sosial dəstəyin əsasını təşkil edir. Dövlətin bu məsələdəki rolu böyükdür və vətəndaş cəmiyyəti də bu məsələyə diqqət yetirməlidir".
Pərvanə Fərhadqızı