İsrail hökumətinin sözçüsü David Mentzer bildirib ki, girovların azad edilməsi ilə bağlı HƏMAS ilə razılığa gəlmək mümkün olmayıb.
“Hazırda yüksək səviyyəli İsrail nümayəndə heyəti girovların azad edilməsi ilə bağlı razılaşmanı təşviq etmək üçün Dohadadır… Biz yaxınlaşırıq (razılığa – RT ), lakin hələ əldə olunmayıb. HƏMAS hələ ki, razılıq verməyib”, – RİA Novosti onun sözlərini sitat gətirir.
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın şərtlərini qəbul etdiyi məlum olub.
DOĞRU.AZ