EN

Azərbaycan həbsxanalarında işgəncə iddiaları: BBC-nin sənədli filmi

Sevinc Vaqifqızına qlobal antikorrupsiya çempionu mükafatı verilibAzərbaycan həbsxanalarında "işgəncə və qəddar rəftarla bağlı" AŞPA-da qətnamə qəbul olunub18 aylıq uşağa məktub - həbsdəki jurnalist Ülvi Həsənli körpə qızına yazır

Siyasi məhbus kimi tanınmış fəal Fuad Əhmədli işgəncəlar haqqında deyib ki, "Bu, dəfələrlə rastlaşılmış haldır.

"Məhkumun biri bağlanılır birinci mərtəbəyə, biri bağlanılır ikinci mərtəbəyə. Qandalla bağlandıqdan sonra, üstündən də döşək ağı ilə bağlayırlar ki, insanların tərpənməyə imkanı olmasın. Çılpaqlığı ilə də olsa, çalışıram izah edim. Məhkumlar bir-birinin üzərində tam olanda, təbii ehtiyaclarını düz bir-birilərinin üzərinə edəcəklər. Çünki altına döşək qoyulmur, DSP taxtadan söhbət gedir. Məhkumlar öz aralarında danışsa ki, biri-bir qədər sola-sağa sürüşsün, orada yuxarıdakı məhkumun sidiyi aşağıdakının üzərinə düşməyə bilər. Ona görə də üzərindən döşək ağı ilə bağlayırlar ki, heç birinin tərpənməyə imkanı olmasın. Üstəlik, çoxlu su içizdirirlər və gecə bu proses dəyişə bilər. İnsanların əlini açıb, məhkumların yerini dəyişə bilərlər. Hər halda, mənim cəza çəkdiyim müddətdə, 2020-ci ilin 18 avqustuna qədər, mütəmadi qaydada həm öz cəza çəkdiyim 16 saylı cəzaçəkmə müəssisəsində, həm digər cəzaçəkmə müəssisələrində və zaman-zaman BİT-də eşitdiyim bir şey idi", - Fuad Əhmədli izah edib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində çox yayılmış bir taktika var ki, mərtəbəli yatağın ikinci mərtəbəsinə bağlanan məhkum, ya hər hansı bir Queer fərdi olur, ya da LGBT icmasının üzvü olur.

"Çünki bildiyimizə görə, məhkumlar arasında yazılmamış qanunlara görə, cinayətkar aləm və ya kriminal aləm qanunları deyə bilərik, LGBTQİ+ fərdlərinə qarşı bəlli bir formada diskriminasiya var. Onlarla əl ilə görüşmək olmaz, hər hansı açıq qida götürmək və ya açıq nə isə ötürmək olmaz və s. yəni, yazılmamış belə bir qanunlar var. Məhkumu artıq o qanunlarla vururlar. Yəni, nəinki sən əl ilə görüşmək istəmirsən, amma biz həminki insanın təbii ehtiyacını sənin üzərinə ödəməsinə nail olacağıq", - Fuad Əhmədli bildirib.

Penitensiar Xidmətdən BBC-yə səslənən iddiaların həqiqəti əks etdirmədiyini deyiblər.

Fuad
Chosen
13
bbc.com

1Sources