EN

Türkiyə və Aİ 6 il ərzində ilk dəfə yüksək səviyyəli iclas keçirəcək

Türkiyə və Avropa İttifaqı (Aİ) 6 il ərzində ilk dəfə iqtisadi dialoq üzrə yüksək səviyyəli iclas keçirməyi planlaşdırır.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə məsələləri üzrə üzvü Marta Kos Brüsseldə Avropa Parlamentinin Xarici İşlər Komitəsində çıxışı zamanı bildirib.

O, keçən il Aİ-nin Ankara ilə dialoqun aktivləşdirilməsi barədə qərar qəbul etdiyini xatırladıb.

"Bu ilin mart-aprel aylarında Türkiyə ilə iqtisadiyyat üzrə yüksək səviyyəli iclas keçirməyi planlaşdırırıq", - Avropa komissarı bildirib.

M.Kos həmçinin vurğulayıb ki, Avropa İttifaqı Türkiyənin suriyalı qaçqınlara yardım göstərilməsi istiqamətində səylərini yüksək qiymətləndirir.

Agentlik qeyd edir ki, sonuncu dəfə belə görüş 2019-cu il fevralın 28-də İstanbulda keçirilib. Bu görüşdə tərəflər ticarət, investisiya, energetika və nəqliyyat da daxil olmaqla iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə ediblər.

Chosen
1
3
azpolitika.info

4Sources