Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov bildirib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın xarakterini və perspektivlərini qiymətləndirmək üçün müvafiq sənədlərlə tanış olmaq lazımdır.
Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.
Onun sözlərinə görə, ümumiyyətlə, Vaşinqtonla belə tərəfdaşlığın yaradılması ikitərəfli münasibətlərin inkişafı çərçivəsində respublikanın suveren hüququdur: "Lakin burada hər iki tərəfin bərabər və bölünməz təhlükəsizlik prinsipindən çıxış etməsi vacibdir. Yəni, bu tərəfdaşlıq digər dövlətlər və beynəlxalq birliklər üçün təhlükəsizlik təhdidləri yaratmamalıdır".
Bəxtiyar CƏFƏRLİ