EN

Səməd Vurğun Mikayıl Müşfiqi müdafiə edib?

İlyas İsmayılov bildirib ki, Azərbaycanın Respublika Prokuroru vəzifəsində çalışdığı dövrdə Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi ilə bağlı şayiələr yayılıb. News365.az xəbər verir ki, o, bu iddiaların doğruluğunu araşdırmaq üçün arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb edib:

"Cinayət işiylə tanış olduqda deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm. Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış etdim. Bu gün də Anar müəllim mənim dediklərimi təsdiq edə bilər."

İlyas İsmayılovun sözlərinə görə, bu fakt Səməd Vurğunun Mikayıl Müşfiqə qarşı deyil, əksinə onu qorumaq niyyətində olduğunu sübutedir.


Chosen
12
news365.az

1Sources