EN

“Sevilya”nın futbolçusu saxlanıldı

“Sevilya”nın müdafiəçisi Kike Salas saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniya KİV məlumat yayıb.

Onun qanunsuz qumar və mərc oyunlarında iştirak etməsi şübhəsi ilə nəzarətə alındığı bildirilib.

“Marca”nın məlumatında isə yaxın adamlarının iştirak etdiyi mərcdə qalib olması üçün futbolçunun qəsdən sarı vərəqə aldığı qeyd olunub.

Məlumata görə, araşdırmalara müdafiəçinin yaxın dostlarından daha iki nəfər daxil edilib.

Qeyd edək ki, Salas bu mövsüm La Liqada 14 oyunda 3 dəfə sarı vərəqə alıb, lakin onunla bağlı şübhələr ötən mövsümün son rübündə 9 oyunda aldığı 7 sarı vərəqədən sonra yaranıb.

Chosen
6
2
qafqazinfo.az

3Sources