İstanbulda saxta spirtli içkidən daha 3 nəfər həyatını itirib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, NTV ölənlərin Türkmənistan vətəndaşı olduğunu bildirib.
Məlumata əsasən, məsələ ilə bağlı cinayət işi başladılıb, 2 şübhəli saxlanılıb. Qeyd olunur ki, son günlərdə saxta spirtli içkidən həyatını itirənlərin sayı 7-ə yüksəlib.
İstanbul Valiliyinin məlumatında isə bildirilib ki, 2024-cü ildə 110 nəfər saxta spirtli içkidən zəhərlənib, onlardan 48-i həyatını itirib.