Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Jalə Məhsimova Türkiyənin “Beylerbeyi” klubundan ayrılıb.
Bizim.Media xəbər verir ki, futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
28 yaşlı hücumçu bildirib ki, “Beylerbeyi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Məhsimova Türkiyə klubuna 2024-cü ildə keçmişdi.
Bizim.Media