EN

“Sevilya”nın futbolçusu həbs olundu

style='margin-bottom:10px;'>

"Sevilya"nın futbolçusu Kike Salas mərc dələduzluğuna görə həbs olunub. 

QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

Müdafiəçi dostlarının mərc oyunlarında qazanması üçün bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir. 22 yaşlı ispaniyalı futbolçudan əlavə ona yaxın olan daha iki gənc barəsində istintaq aparılır. İstintaq qeyri-qanuni mərc oyunlarına qarşı mübarizə üzrə ixtisaslaşmış milli polis bölməsi tərəfindən aparılır. Bu, ötən mövsümün son oyunları ilə bağlıdır. 

Salas 2023/24 mövsümündə 10 sarı vərəqə alıb. Onların 7-ni o, son 9 oyunda alıb.

Qeyd olunur ki, Kike Salas 6 aydan 3 ilə qədər həbs cəzası ala bilər. O, bu mövsüm "Sevilya"nın heyətində 16 matça çıxıb. 

Chosen
6
2
teleqraf.com

3Sources