EN

Azərbaycanlı rəssamlar "TikTok"da sərgi keçirirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"TikTok"da "Sonsuzluğun sonu" adlı səhifə yaradılıb. Yanvarın 10-da bu sosial şəbəkə üçün qeyri-adi olan doqquz video paylaşılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, səhifə istifadəçilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, səhifə müasir incəsənət sərgisidir. "Aliya The Mushroom", Xəyalə Əkbər, Ellada Ağayeva kurator Sofiya Frankın konsepsiyası çərçivəsində animasiya və video-art janrında əsərlər yaradıblar. Layihənin incəsənət meneceri Tunar Əmirovdur.
Layihə "YARAT" Müasir İncəsənət Məktəbinin tələbələrinin yekun sərgisi çərçivəsində hazırlanıb, müəllifi və kuratoru tanınmış rəssam Səbinə Şixlinskayadır.
@sonsuzlughunsonu

Aliya The Mushroom - Bayandır xanla kollaborasiya Kitabi Dədə-Qorqud dastanında Bayandır xanın șadlıq edib, Oğuz bəylərini qonaq etməsi ilə bağlı bir boy var. Bu məclisdə Bayandır xan gələn qonaqlar üçün üç növ otaq hazırlatdırır: oğlu-qızı olmayanlar üçün qara otaq; oğlu olanlar üçün ağ otaq; qızı olanlar üçün isə - qızıl otaq. Beləcə, o, dastanda hər bir insanı ușaqlı ve ușaqsız (sonsuz) olaraq belə bir ayrıseçkiliyə məruz qoyur. Kənardan bu nə qədər absurd görünsə də, əslində müasir cəmiyyətdə də belədir. Sonsuz qadın və ya kişilərə baxış hələ də birmənalı deyil və mühakimə olunur. Əsərdə yaradılan dünyada isə Bayandır xan müasir incəsənət qalereyasının sahibidir. O, ildə bir dəfə konseptual bir sərgi keçirir. Onun sərgi zalında özünün sifariși ilə 3 növ çadır qurulur: - İncəsənətlə məşğul olmayanlar üçün - qara çadır; - İncəsənətlə sadəcə maddi məqsədlərə görə məşğul olanlar üçün - ağ çadır; - İncəsənəti ilə yer üzündə iz buraxmaq istəyənlər, bunu öz ruhuna görə edənlər üçün isə - qızılı çadır... - Aliya The Mushroom - Collaboration with Bayandur Khan The Book of Dede Qorqud narrates a tale where Bayandur Khan hosts a grand feast for the Oghuz beys. For his guests, he prepares three types of rooms: a black room for those without children, a white room for those with sons, and a golden room for those with daughters. This story reflects a stark discrimination between individuals with and without children - an absurdity that still resonates in modern society. Views towards childless men and women remain complex and often judgmental. In this work, Bayandur Khan is reimagined as the owner of a contemporary art gallery. Once a year, he hosts a conceptual exhibition. Within his gallery, he commissions the construction of three types of tents: - A black tent for those uninterested in art; - A white tent for those who engage with art purely for material gain; - A golden tent for those who aspire to leave a meaningful legacy through their art, driven by the soul rather than material desires. *** Bu video “Sonsuzluğun sonu” adlı sərginin parçasıdır. Sərgi XX-XXI əsrlər Azərbaycan rəngkarlığı muzeyində fevralın 2 qədər keçirilir. İş saatı: çərşənbə axşamı - bazar günü 12:00-20:00. Giriş sərbəstdir.

♬ original sound - Sonsuzluğun sonu
"Sonsuzluğun sonu" Azərbaycan dilində "sonsuzluq" sözünün iki mənasına - sonsuzluq və övladsızlıq anlayışlarına əsaslanır.
Layihənin kuratoru qeyd edir ki, əslində, bu iki anlayış bir-biri ilə bağlıdır.
"Genlərimizdə ölümsüzlük istəyinin təməlində nəsil davamlılığı barədə düşünmək fikri dayanır. Biz nəsillərimiz vasitəsilə yaşamağa davam edəcəyik və bu yolla bir növ əbədiyyətə çatmış olacağıq. Bəs müxtəlif səbəblərdən valideyn ola bilməyənlər nə etməlidir? Onlar fiziki bədənləri ilə birlikdə yox olub gedəcəklərmi? Xeyr! Yəqin ki, məhz buna görə Azərbaycan dilində övladsızlığı "sonsuzluq" adlandırırlar. Çünki ölümsüzlüyə çatmağın başqa bir yolu da var. Sonsuzluğa çıxış incəsənət vasitəsilə açılır. İnsan məhz sənət əsərləri yaradaraq var olmağa davam edər. Fiziki bədən yox ola bilər, amma onun işi yaşayacaq. Sonludan sonsuza gedən yol yaradıcılıqdan keçir", - deyə Sofiya Frank bildirib.
@sonsuzlughunsonu

Ellada Ağayeva - “Transformasiya” “Transformasiya" sonluqdan sonsuza keçidi ifadə edir. Əsər labirintdə simvollaşdırılan fiziki həyatın sonlu təbiətini təxəyyülün sonsuz imkanları ilə qarşılaşdırır. Həyatın təkrarlanan dövrəsindən kənara çıxmaqla tamaşaçı yeni imkanların açıldığı və mövcudluğun məhdudiyyətlərinin artıq tətbiq olunmadığı məkana daxil olur. Bu əsər fiziki həyatın məhdud olmasına baxmayaraq, təxəyyülün yaradılış və azadlıq üçün sonsuz potensiala malik olduğu fikrini araşdırır. Əsər fiziki olandan təxəyyülə, sonluqdan sonsuza keçid təqdim edir. - Ellada Aghayeva - “Transformation” Transformation represents the passage from the finite to the infinite. The work juxtaposes the finite nature of physical life, symbolized by the labyrinth, with the boundless possibilities of imagination. By stepping beyond the cyclical patterns of life, the viewer enters a space where new opportunities emerge and the limitations of existence no longer apply. This piece explores the idea that while physical life is constrained, imagination holds infinite potential for creation and freedom. It presents a transition from the tangible to the conceptual, from the finite to the infinite, inviting the audience to contemplate the limitless power of the mind. *** Bu video “Sonsuzluğun sonu” adlı sərginin parçasıdır. Sərgi XX-XXI əsrlər Azərbaycan rəngkarlığı muzeyində fevralın 2 qədər keçirilir. İş saatı: çərşənbə axşamı - bazar günü 12:00-20:00. Giriş sərbəstdir.

♬ original sound - Sonsuzluğun sonu
"Amma bir "əmma" var: yaratdığınız əsər o zaman yaşayacaq ki, kimsə onun haqqında bilsin: musiqiniz onu dinləyənlər olduğu müddətcə yaşayacaq, kitabınız oxunduğu müddətcə mövcud olacaq, rəsminiz kimsə ona baxdığı müddətdə var olacaq", - deyə o, əlavə edib.
Sofiya Frankın fikrincə, buna görə yaradıcı insan əsərlərini dünyaya göstərməlidir, izləyicilərdən qaçmamalıdır, çünki tamaşaçılar onun sonsuzluğa biletidir.
Onun sözlərinə görə, bu səbəbdən sərgi təkcə XX-XXI əsrlər Azərbaycan rəssamlıq muzeyinin divarları arasında deyil, həm də incəsənətə və incəsənətin sonsuzluğa həqiqi yol olduğunu anlamağa ac olan çoxsaylı tamaşaçıların olduğu "TikTok"da keçirilir.
@sonsuzlughunsonu

Xəyalə Əkbər - “Samsaradan kənara” Əsər qadınların özünü sorğulama, daxili mübarizə və cəmiyyətin yaratdığı təzyiqləri aşma yolunda keçdiyi mərhələləri əks etdirir. Samsara anlayışı ilə ruhun təkrarən dünyaya gelişi arasında paralellik qurularaq, qadının sonsuz dövretmədə təkrar-təkrar öz həqiqətini axtarması göstərilir. Üç videodan ibarət əsər qadının daxili səsini tapması və bu səslə öz azadlığını əldə etməsini ifadə edir. - Khayala Akbar - “Beyond the Cycle of Samsara” This work explores the stages women experience as they confront self-doubt, grapple with internal struggles, and rise above societal pressures. By drawing a parallel to the concept of Samsara, which represents the perpetual cycle of the soul's rebirth, it highlights a woman's enduring quest to uncover her truth within this endless cycle. Comprising three videos, the piece embodies the process of a woman discovering her inner voice and attaining freedom through this self-realization. *** Bu video “Sonsuzluğun sonu” adlı sərginin parçasıdır. Sərgi XX-XXI əsrlər Azərbaycan rəngkarlığı muzeyində fevralın 2 qədər keçirilir. İş saatı: çərşənbə axşamı - bazar günü 12:00-20:00. Giriş sərbəstdir.

♬ original sound - Sonsuzluğun sonu
Hazırda səhifənin 624 abunəçisi var. Hər video orta hesabla 9 mindən çox baxış toplayıb. Xəyalə Əkbərin ikinci videosu isə viral olub və 95 mindən çox baxış yığıb. İstifadəçilər əsəri müzakirə edərək videolara çoxsaylı şərhlər yazırlar.
Qeyd edək ki, muzeydəki sərgi fevralın 2-dək davam edəcək. İş saatları: çərşənbə axşamı-bazar günləri, 12:00-20:00. Giriş sərbəstdir.
Chosen
10
oxu.az

1Sources