EN

Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır

Dövlət Neft Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Qala Sığorta” ASC (VÖEN – 1700066901) olub.

Hurriyyet.Az Yeniavaz.com-a istinadla xəbər verir ki, “Qala Sığorta” ASC Dövlət Neft Fondunun əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.

Bildirilir ki, Neft Fondu ümumilkdə 160 əməkdaşın könüllü tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 147 min 200 manat ödəyəcək.

Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün ödəniləcək tibbi sığorta haqqı 920 manat olacaq.

Məlumat üçün bildirək ki, “Qala Sığorta” son 2 ay ərzində aşağıdakı dövlət qurumları ilə də əməkdaşların könüllü tibbi sığorta xidməti ilə bağlı müqavilə imzalayıb:

Aqrar Sığorta Fondu – 350 manat (bir əməkdaş üçün ödənilən sığorta haqqı);

Dövlət Dəniz və Liman Agentliyi – 290 manat;

“Baktelekom” MMC  –  270 manat;

“Aztelekom” MMC – 270 manat;

Minatəmizləmə Agentliyi – 550 manat.

Qeyd edək ki, “Qala Sığorta” ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 milyon 17 min 788 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.

Elnur Əli

Chosen
1
3
hurriyyet.az

4Sources