EN

Paşinyan Zəngəzur dəhlizini sakitcə verəcək - Ovanisyan

Azərbaycan Prezidenti Əliyevin “Zəngəzur dəhlizi”ni açılması ilə bağlı bəyanatından sonra Ermənistanın baş naziri deyə bilər ki, əgər siz müharibə istəmirsinizsə, biz güzəştə getməliyik.

Ölkə.Az xəbər verir ki, bunu erməni ekspert Vahe Ovanisyan deyib.

Ovanisyan etiraf edib ki, Azərbaycan gələcəkdə Ermənistanla danışıqlardan imtina edə, Rusiya, Türkiyə, İran və Aİ ilə danışıqlar apara bilər.

“Heç kim düşünməsin ki, Azərbaycan Ermənistana hücum edərsə, Qərb sərt reaksiya verəcək. Ermənistan hakimiyyəti ölkəni tək buraxmaq üçün hər şeyi edir”, - ekspert yekunlaşdırıb.

Mürtəza
Ölkə.Az

Chosen
8
1
olke.az

2Sources