EN

“Neftçi”dən qışın ilk transferi - Rəsmi

"Neftçi" qış transfer pəncərəsi üçün ilk keçidi açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi yaponiyalı futbolçu Ryonosuke Ohori ilə anlaşıb. 24 yaşlı yarımmüdafiəçinin sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. 18 nömrəli formanı geyinəcək futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.

Qeyd edək ki, Ryonosuke Ohori karyerası ərzində 60 rəsmi matça çıxaraq 24 qol vurub və 4 qolun ötürməsini edib.

Xatırladaq ki, daha öncə "Neftçi" legionerləri Mark Tamaş və Kilan Lebonla yollarını ayırıb.


Müəllif: Teleqraf.com
Chosen
3
2
teleqraf.com

3Sources