EN

İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

Image

İsrailin Azərbaycana yeni təyin edilən səfiri Ronen Kraus təyinatı ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

"Rəsmi olaraq İsrailin Azərbaycan Respublikasına növbəti səfiri təyin olunmağım mənim üçün böyük şərəfdir" - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, R.Kraus bu vəzifəyə iki gün əvvəl təyin edilib. Daha öncə o, İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin direktoru vəzifəsində çalışıb.

Düzdür, hələ İsrailin Azərbaycana yeni təyin edilmiş fövqaladə və səlahiyyətli səfiri Bakıya gəlməyib, amma yəqin ki, İsrail diplomatına Bakıda çoxlarının sualı var. Bu gün Yaxın Şərqdə müharibə gedir və bu müharibənin əsas iştirakçılarından biri də Israildir. Fələstində, Suriyada, İraqda, Livanda və digər ölkələrdə davam edən proksi müharibələrdə İsrail Amerıkanın dəstəyi ilə baş roldadır. Region əhalisinin böyük əksəriyyəti isə müsəlmandır. Həmin müharibələrdə yəhidilər də, müsəlman ərəblər də ölür, hər gün qan tökülür. Əslində müsəlmanlar bu bölgədə uzun müddət əminamanlıq içində yaşayıb. İndi Yaxın Şərqdə gedən müharibəyə hər bir müsəlmanın bir intizarı var. Azərbaycan da çoxmillətli bir ölkədir, müsəlmanlar əksəriyyət təşkil etsə də, bu ölkədə kifayət qədər yəhudi də yaşayır. Bölgədə aparılan geosiyasi proseslerin içərisində olan yeni səfirin Bakıda geniş mətbuat konfransının keçrilməsi, yəqin ki, cəmiyyətdə ciddi maraq doğurardı... Ümumiyyətlə, belə bir mətbuat konfransına hazırda lüzum varmı? Bu mətbuat konfransı keçirilərsə, Azərbaycan jurnalistləri məlumatli şəxs kimi İsrailin ölkəmizdəki yeni səfirinə hansı suallar verərdi?

Bu suallarla "Bakı-Xəbər" qəzeti olaraq bir neçə baş redaktora müraciət etdik.

Şakir Ağayev: "Suriyanın bütövlüyünə İsrail riayət edəcəkmi?"

"Novoye Vremya" qəzetinin baş redaktoru Şakir Ağayev bildirdi ki, belə bir mətbuat konfransının düzənlənməsi çox maraqlı olardı: "Mən yeni səfirə İsrailin Suriya və Yaxın Şərqdəki fəaliyyəti ilə bağli sulllar verərdim. Azərbaycan üçün bu xüsusda İsrail-Türkiyə münasibətlərı və Yaxın Şərq danışıqlarının gedişı daha çox naraq kəsb edir. Bir də sual verərdim ki, Suriyanın bütövlüyünə İsrail riayət edəcəkmi?"

Aqil Abbas: "Sual verərdim ki, camaatı qırmağı nə zaman dayandıracaqsınız?"

"Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas: "Sual verərdim ki, camaatı qırmağı nə zamapn dayandıracaqsınız? İsrail Fələstinlə dil tapmalıdır, günahsız əhalini - uşağı, qocanı, qadını qırmamalıdır. Hesab edirəm ki, İsrail Türkiyə ilə dil tapacaq. Suriyanin 10 faizi İsrailin, 90 faizi isə Türkiyənin nəzarətində olacaq. Bu əvvəlcədən proqnozlaşdırılmış işdir.

Fələstinə gəldikdə, Hizbullah ilk olaraq İsrailə hücum edib, vətəndaşlarıni öldürüb, girov götürüb. Həmasın nə qədər terrorçusu varsa Fələstində tapsın qırsın, girov götürsün, amma məktəbləri, xəstəxanaları, dinc yaşayış məntəqələrini bömbalamaq ədalətsizlikdir, İsrail buna son qoymalıdır".

Aqil Ələsgər: "Daha nə qədər insan ölməlidir ki, Orta Şərqdə qan tökülməsi dayansın?"

"Yeni çağ" qəzetinin baş redaktorun Aqil Ələsgər bildirdi ki, İsraillə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub. "Belə bir mətbuat konfransında iştirak etməyi arzulayıram. Həm diaspora, həm də ikinci Qarabağ müharibəsində İsrail həmişə Azərbaycanın yanında olub. Amma bu o demək deyil ki, biz İsrailin Fələstində törətdiklərinə haqq qazandırmalıyıq. Sual verərdim ki, səfir bir siyasətçi və diplomat olaraq deyil, bir insan olaraq Fələstində, xüsusilə də  Qəzza zolağinda baş verənləri neçə qiymətləndirir. Yəni bu savaşın dayanması üçün daha nə qədər insan ölməlidir ki, Orta Şərqdə qan tökülməsi dayansın?"

Aqil Aslan: "Düşünmürəm ki, belə mətbuat konfransında hansısa ciddi məsələyə aydınlıq gətirilsin"

"Redaktor.az" saytının baş redaktotu Aqil Aslan isə bildirdi ki, belə mətbuat konfranslarında səfirlər həm standart suallar xoşlayır, həm də isrənilən suala standart cavablar verir: "Ona görə də düşünmürəm ki, belə mətbuat konfransında hansısa ciddi məsələyə aydınlıq gətirilə bilsin. Çünki səfir dövlətin elçisidi, dövlətin mövqeyini ifadə edəcək. Bu səbəbdən də belə bir mətbuat konfransı keçirilərsə, mən daha çox səfirə İsrail-Azərbaycan münasibətlərinin gələcək inkişaf perespektivləri ilə bağlı suallar verərdim".

Dəniz NƏSİRLİ





Chosen
15
baki-xeber.com

1Sources