EN

Aİ Ermənistanın mümkün üzvlük müraciətini ətraflı nəzərdən keçirəcək

Avropa İttifaqı (Aİ) Ermənistanın üzvlük üçün mümkün müraciətini ətraflı nəzərdən keçirəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə bu gün Brüsseldə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edən Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib.

“Bu, seçimdir, biz bütün müraciətləri çox diqqətlə nəzərdən keçirməliyik və Ermənistanla da belə olacaq. Əgər Ermənistan müraciət etmək qərarına gəlsə, bu seçim müəyyən öhdəliklərlə bağlı olacaq. Əminəm ki, planımda qeyd edildiyi kimi, əvvəlcədən nə etmək lazım olduğunu və ya hansı məsələlər barədə məlumat mübadiləsinin tələb olunduğunu yerində başa düşmək üçün ilin birinci yarısında Ermənistana səfər edəcəyəm”, - o deyib.

Xatırladaq ki, ötən həftə Ermənistan hökuməti ölkənin Aİ-yə daxil olması prosesinə başlamaqla bağlı qanun layihəsini təsdiqləyib və onu parlamentin müzakirəsinə göndərib.

Chosen
5
9
azpolitika.info

10Sources