EN

Premyer Liqa nəhənglərini rəqib edən misirli

"Ayntraxt Frankfurt"un mərkəz hücumçusu Ömər Marmuş daha iki nəhəng klubun diqqət mərkəzinə düşüb.

90deqiqe.Az "Caught Offside"ə istinadən xəbər verir ki, 25 yaşlı forvard uğrunda mübarizəyə "Liverpul" və "Arsenal"da qoşulub.

Sözügedən klublar “Mançester Siti”nin transfer siyahısında olan misirli futbolçunun agenti ilə artıq danışıqlara da başlayıb.

Daha əvvəl Marmuşun bu həftənin sonuna kimi "Mançester Siti"yə keçə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Bu mövsüm forvard "Ayntraxt"ın heyətində 25 oyun keçirib, 19 qol vurub və 12 məhsuldar ötürmə edib.

Chosen
2
90deqiqe.az

1Sources