EN

Plastik cərrahlar efirlərə buraxılmayacaq

Xəbər verdiyimiz kimi, dövlət qurumları tərəfindən plastik cərrahlarla bağlı ciddi adımlar atılır. Bununla bağlı Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası da yaradılıb.

 

Oxu24.com-un  məlumatına görə, ölkədə artıq praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Bu arada Musavat.com plastik cərrahlarla bağlı maraqlı iddia ilə çıxış edib. Saytın yaydığı xəbərə görə, plastik cərrahların efirlərə çıxışına da qadağa qoyulub.

Chosen
1
6
oxu24.com

10Sources