EN

Los-Angelesın bərpası on milyardlarla dollar tələb edəcək -Bayden

ABŞ Prezidenti Co Bayden, Los-Angeles və ətraf bölgələrdə 8 gündür davam edən yanğınlar səbəbindən Kaliforniya ştatına əlavə federal yardım ayrılacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, Bayden, təcili vəziyyət tədbirləri üçün Kaliforniyaya əlavə təbii fəlakət yardımını təsdiqləyib.

Bu yardım, dağıntıların təmizlənməsi, təcili tədbirlərin həyata keçirilməsi və digər fəaliyyətlər üçün nəzərdə tutulan federal fondları əhatə edir.

Bu əlavə yardım, artıq 6 ay müddətində həyata keçirilməsi planlaşdırılan dəstəyin artırılması kimi qiymətləndirilir.

Yerli media orqanlarına istinadən Bayden, təcili vəziyyət rəsmiləri ilə keçirdiyi iclasda bildirib: "Federal hökumət qarşıdakı 180 gün ərzində yanğınsöndürənlərin əlavə iş haqqını, dağıntıların təmizlənməsini və müvəqqəti sığınacaq kimi xərcləri tam şəkildə ödəyəcək. Lakin Los Angeles-ın əvvəlki halına qaytarılması on milyardlarla dollar tələb edəcək". 

Seymur BƏNNAYEV 

Chosen
4
redaktor.az

1Sources