EN

Maska Ağ Evdə ofis veriləcək

ABŞ-lı milyarder İlon Maskın Ağ Ev kompleksində şəxsi ofisə sahib olacağı bildirilir.

Milli.Az xəbər verir ki, "New York Times" nəşrinin məlumatına görə, ofis Eyzenhauer inzibati binasında yerləşəcək və Maska sərəncam üçün təqdim ediləcək.

Bu bina Ağ Evə bitişikdir və yüksək səviyyəli inzibati işlər üçün nəzərdə tutulub.

İlon Mask ofisi əldə etdikdən sonra ABŞ Prezidentinin qərargahının yerləşdiyi Ağ Evin Qərb qanadına giriş üçün xüsusi vəsiqə ilə təmin olunub-olunmayacağı ilə bağlı sorğu versə də, hələlik bu barədə cavab almayıb.

Maskın şəxsi ofisi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Dövlət Səmərəliliyinin Əldə Edilməsi Departamentinə (DOGE) rəhbərlik etməsi ilə əlaqədardır. O, bu vəzifədə keçmiş prezidentliyə namizəd Vivek Ramasvami ilə birlikdə çalışacaq.

Fidan
Milli.Az

Chosen
8
1
milli.az

2Sources