ABÅž prezidenti Co Baydenin administrasiyası milli tÉ™hlükÉ™sizliyi kibertÉ™hlükÉ™lÉ™rdÉ™n qorumaq mÉ™qsÉ™dilÉ™ Çin vÉ™ Rusiyadan qoÅŸulmuÅŸ (“ağıllı”) avtomobillÉ™rin, elÉ™cÉ™ dÉ™ müvafiq aparat vÉ™ proqram tÉ™minatı hÉ™llÉ™rinin idxalına qadaÄŸa qoyub.
Oxu24.com xəbər verir ki,bu barədə Ağ Evin saytında məlumat verilib.
Nəşr qeyd edir ki, qadağa ABŞ-ı Amerikanın kritik infrastrukturuna və ictimai təhlükəsizliyinə təhlükə yaratmaqda davam edən kibercasusluqdan və Çinin müdaxilə əməliyyatlarından qorumağa kömək edəcək.
Birləşdirilmiş avtomobillər Wi-Fi, Bluetooth, mobil və peyk rabitə modulları kimi İnternet üzərindən məlumat mübadiləsinə imkan verən sistemlərlə təchiz edilmiş nəqliyyat vasitələridir.
Bundan əvvəl 2024-cü ilin on bir ayında Çin minik avtomobillərinin ABŞ-a idxalının rekord həddə çatdığı bildirilirdi.
2024-cü ilin yanvar-noyabr aylarında Çindən ABŞ-a minik avtomobili alışlarının ümumi həcmi 3,35 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 65% çoxdur. Bu rəqəmlər 1992-ci ildən başlayaraq bütün müşahidə dövrü üçün ən yüksək göstəricilər idi.
Bundan əvvəl Trampın Çindən gələn avtomobil tədarükünün blokadasını gücləndirməyi planlaşdırdığı bildirilirdi.
Miri