Zaqatalada yaşayan Qarabağ müharibəsinin qazisi Alim Bilalov vəfat edib.
Milli.Az bildirir ki, Alim Bilalov uzun illər xəstəlikdən əziyyət çəkib.
Qeyd olunur ki, Alim 1991-ci ildə könüllü kimi döyüşlərə qatılıb və bir çox rayonların müdafiəsində mərdliklə vuruşub. O, dörd ilə yaxın işğalçılara qarşı mübarizə aparıb. Lakin növbəti əməliyyatlardan birində ayağından və bədənin müxtəlif yerindən ciddi xəsarətlər alıb.
Beləcə, uzun illər xəstəxanalarda yatıb, müalicə olunub. Aldığı xəsarətlərdən sonra Alim Bilalov yerimə qabiliyyətini itirib, əli arabasından istifadə edirmiş.
Üç övlad atası olan Qarabağ qazisi döyüş yoldaşları və ictimaiyyət nümayəndələrinin izdihamı ilə dəfn olunub. /Bizim.Media
Allah rəhmət eləsin!
Milli.Az