EN

İsveçrə də Aİ-nin müdafiə layihəsinə qoşuldu

Avropa İttifaqı Şurası İsveçrəni Aİ-nin PESCO “Military Mobility” müdafiə layihəsinə dəvət etməyə razılıq verib. Bu barədə yanvarın 13-də Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.

Bu qərara əsasən, Hollandiya layihə koordinatoru kimi İsveçrəni PESCO-ya üzv olmağa dəvət etmək səlahiyyətinə malikdir.

Mətbuat açıqlamasına görə, Bern 2024-cü ilin sentyabrında layihəyə üzvlük üçün müraciət edib. Qeyd olunur ki, PESCO “Military Mobility” Aİ daxilində hərbi mobilliyi sadələşdirmək və standartlaşdırmaq məqsədi daşıyır. 2021-ci ildə Kanada, Norveç və ABŞ PESCO-ya, 2022-ci ildə isə Böyük Britaniyaya üzv olmaq üçün dəvət alıblar.

//Samir Qurbanov, Editor.az

 

Chosen
15
editor.az

1Sources