EN

Kazan və Saratova PUA hücumları olub: yanğın baş verib

Rusiyada bölgələrə kütləvi pilotsuz təyyarə hücumundan danışılır. Belə ki, Kazanda yerli sakinlər Kazan Orqsintez zavodunun ərazisində güclü yanğın baş verdiyini bildirirlər.

O, Rusiyanın yeganə polikarbonat və yüksək möhkəm plastik istehsalçısı, eləcə də ölkənin ən böyük yüksək və aşağı sıxlıqlı polietilen istehsalçılarından biridir. Yerli medianın məlumatına görə, zərbə zavodun özünə deyil, maye qaz anbarına dəyib. “Mash” Telegram kanalı bildirir ki, müəssisənin ərazisində üç tank yanır.

Saratov vilayətində də pilotsuz təyyarələr Engesə hücum edib və PUA-nın növbəti hücumundan sonra şəhərdə böyük yanğının başladığı bildirilir.

//Samir Qurbanov, Editor.az

Chosen
15
editor.az

1Sources