EN

Ryonosuke Ohori “Neftçi”də - Rəsmi

Litvanın “Transinvest” klubunun yaponiyalı mərkəz yarımmüdafiəçi Ryonosuke Ohori bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Neftçi” bu gün qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. Yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori artıq “Neftçi” ailəsinin üzvüdür. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.

Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.

Ohori karyerası ərzində “Portimonense”, “Dauqavpils”, “SRC Hiroşima”, “Qyonqnam” kimi klublarda da forma geyinib.

Chosen
7
36
arena.az

10Sources