EN

Azərbaycan, Rusiya və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüş keçiriləcək

Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüş keçiriləcək

Musavat.com xəbər verir ki, yanvarın 28-də Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüş baş tutacaq. Bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə Rusiyanın nəqliyyat naziri Roman Starovoit arasında keçirilən videoformat görüşü zamanı məlumat verilib.

Görüşün keçiriləcəyi yer və səviyyəsi barədə əlavə məlumat paylaşılmayıb. Danışıqlar zamanı nazirlər 2025-ci il üçün "yol xəritəsi" və Xəzər dənizinin şərq hissəsindən istifadə ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bundan əlavə, Rəşt-Astara dəmir yolunun tikintisi üzrə texniki və icra işləri də diqqət mərkəzində olub.

Xatırladaq ki, 17 may 2023-cü il tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Bu marşrut Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək və Azərbaycandan keçən Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artırmağa töhfə verəcək. 

 

Musavat.com

Chosen
6
16
musavat.com

10Sources