EN

"Tik Tok"da adına saxta səhifə açdılar, nişanı pozuldu, işdən çıxarıldı... - İDDİA VİDEO

Qadının "tiktok" sosial şəbəkəsindəki səhifəsindəki şəkillərini götürüb adına saxta səhifə açıblar.

"Xəzər Xəbər"ə müraciət edən "Tik-tok" istifadəçisi 4 aydır şantaj olunduğunu iddia edir.

33 yaşlı müsahibimiz deyir ki, illərdir sosial şəbəkə istifadəçisi olsa da, ilk dəfədir belə halla qarşılaşır.

Adının çəkilməsini istəməyən şikayətçi dərhal adına saxta səhifə açan şəxsə - Şahbaz Babayevə elə tik-tok sosial şəbəkəsi üzərindən müraciət edir və dərhal bu hərəkətlərinə son qoymasını tələb edir.

İddiasına görə, bundan sonra yenidən şəkillərinin paylaşıldığını görür.

Məsələ ilə bağlı ittiham olunan şəxslə - Şahbaz Babayevlə əlaqə saxladıq. O isə məqsədinin şantaj olmadığını dedi.

Hüquqşünas Emil Aslanov isə deyir ki, bir şəxsin razılığı olmadan onun haqqında məlumatların yayılması hüquqi məsuliyyət yaradır.

Emil Aslanov qeyd edib ki, şəxsi məlumatların yayılma müstəvisindən asılı olmayaraq, bu kimi problemlərə dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ciddi nəzarət edilir. Bununla bağlı mülki və cinayət məcəlləsində maddələr var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
10
26
xezerxeber.az

10Sources