ABŞ prezidenti Co Bayden ABŞ-ın Los-Anceles və ətrafında 8 gündür davam edən yanğınlar üçün ştata əlavə federal yardım veriləcəyini açıqlayıb.Ağ Evdən verilən açıqlamaya görə, Bayden fövqəladə səylər üçün Kaliforniya əyalətinə əlavə fəlakət yardımını təsdiqləyib.Yardıma birbaşa federal dəstək, həmçinin dağıntıların çıxarılması və fövqəladə halların aradan qaldırılması kimi fəaliyyətlər üçün federal maliyyə daxildir. Əlavə yardım həm də hazırda 6 ay üçün nəzərdə tutulan yardımın məbləğinin artması kimi əks olunacaq."Federal hökumət növbəti 180 gün ərzində yanğınsöndürənlərin iş vaxtı, dağıntıların təmizlənməsi və müvəqqəti sığınacaqlar kimi bütün xərcləri qarşılasa da, Los-Ancelesin bərpası on milyardlarla dollara başa gələcək" deyən Bayden fövqəladə hallar rəsmiləri ilə görüşdə qeyd edib.Bayden deyib ki, Konqres meşə yanğınlarından zərər çəkənlərə kömək məqsədilə maliyyə ayırmaq üçün addım atmalıdır.Pasifik Palisades yanğınının 14 faiz, Pasadena yanğınının 33 faiz, Sylmar yanğınının 95 faiz, Ventura yanğınının isə 100 faiz nəzarət altına alındığını qeyd edən Bayden, bunu, irəliləyiş adlandırıb.Bayden yanğınlardan zərər çəkmiş insanlara birdəfəlik 770 dollar ödəniləcəyini vurğulayıb.Yanğınlardan zərər çəkmiş təxminən 6000 adamın bu yardım üçün qeydiyyatdan keçdiyini qeyd edən Bayden, "5,1 milyon dollar paylandı. Yanğınlardan zərər çəkən hər kəsi kömək almağa çağırıram" deyib.Bayden sonda Los-Anceles sakinlərinə fəlakətdən xilas olmaq üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.